“Qafqazinfo” xəbər verir ki, Diasporla iş üzrə dövlət komitəsinin məlumatına görə, Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Macar-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyinin təmsilçiləri, həmçinin, Macarıstanın dövlət və hökumət rəsmiləri, Macarıstan Parlamentinin deputatları və siyasi partiyaların təmsilçiləri, KİV nümayəndələri, iş adamları, xarici ölkələrin diplomatik korpus nümayəndələri və bu ölkədəki Azərbaycan diasporunun üzvləri iştirak edib.
Tədbir çərçivəsində ölkəmizin hərtərəfli inkişafını və nailiyyətlərini əks etdirən müxtəlif nəşrlərdən ibarət hazırlanmış sərgini mərasim iştirakçıları maraqla qarşılayıb. Sərgi zamanı ölkəmizin tarixi, mədəniyyəti, iqtisadiyyatı və ədəbiyyatına dair macar və ingilis dillərində çap edilmiş 40-a yaxın adda kitab və ingilis dilində nəşr olunan “İrs-Heritage” jurnalının yeni nömrələri iştirakçılara paylanıb.
Son xəbərlər
Son Xəbərlər