Macarıstanın dövlət katibi Bakıya gəlir

macaristanin-dovlet-katibi-bakiya-gelir
Oxunma sayı: 635

Trend-in Azərbaycanın Macarıstandakı səfirliyinə istinadən verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə ölkənin iqtisadiyyat, bank və turizm sektorunun, habelə "Vizz-Air" aviaşirkətinin təmsilçiləri daxildir.

Piter Siyyarto azərbaycanlı həmkarı, iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb müzakirələr aparacaq. Eyni zamanda, onun ölkənin ali rəhbərliyi tərəfindən qəbul olunacağı gözlənilir.
Macar qonaqlar Bakıda "Macarıstan evi"nin açılışında da iştirak edəcəklər.