Macarıstanla NATO hansı mövzuda razılığa gəldi?

macaristanla-nato-hansi-movzuda-raziliga-geldi
Oxunma sayı: 1677

“Rusiya-Ukrayna müharibəsindəki mövqeyimiz aydındır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı zamanı deyib.

O, Rusiya ilə mövcud münaqişədə iştirak etməməklə bağlı Macarıstanla NATO arasında razılığın əldə olunduğunu vurğulayıb:

“Bu elə bir vəziyyətdir ki, buna uyğun cavab tapmaq çətindir. Bu gün bizə zəmanət verilir ki, Macarıstan hərbi personalı Ukraynanın Rusiya ilə müharibəsi kontekstində hər hansı əməliyyatda iştirak etməməlidir, Macarıstanın maliyyə fondları bu münaqişədə işə salınmamalıdır. Bu müzakirə olduqca mürəkkəb, lakin konstruktiv idi və bunun üçün Baş katibə təşəkkürümü bildirirəm”.