Madaqaskarda on minlərlə insan qızılca xəstəliyinə yoluxub.
“Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, həmin ölkənin Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2018-ci ildən başlayaraq 20 mindən çox insan xəstəliyə tutulub. Onlardan 300-ü dünyasını dəyişib. Ölənlərin əksəriyyəti uşaqlardır.
Xəstəliyin yayılması isə davam edir. Həkimlərin sözlərinə görə, qızılcanın epidemiya halını almasına səbəb vaksinlərin çatışmazlığıdır.
Son xəbərlər
Son Xəbərlər