Madaqaskarda toy karvanı qəzaya düşdü - 45 nəfər öldü

madaqaskarda-toy-karvani-qezaya-dusdu
Oxunma sayı: 2575

Madaqaskarda toy karvanı qəzaya düşüb. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Andjozorob şəhərində yük avtomobilinin çayın üzərindəki körpüdən aşması nəticəsində baş verib.

Hadisədə 45 nəfər həlak olub, onlardan 9-u uşaq, 27-si qadın, 9-u isə kişidir. 24 nəfər isə xəsarət alıb.