Madlen Olbrayt vəfat etdi

madlen-olbrayt-vefat-etdi
Oxunma sayı: 5318

ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt 84 yaşında vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Amerikalı diplomatın ölümünə səbəb xərçəng xəstəliyi olub.

Qeyd edək ki, Madlen Olbrayt 1997-2001-ci illərdə Bill Klintonun prezidentliyi dövründə ABŞ-ın dövlət katibi vəzifəsində çalışıb. O, ABŞ-ın ilk qadın dövlət katibi olub.