Dünyaca məşhur pop ulduz Madonna Los-Ancelesdə yeni ev alıb.
“Qafqazinfo” xəbər verir ki, villanın əvvəlki sahibi müğənni The Weeknd-dir. 62 yaşlı sənətçi “Hidden Hills” bölgəsindəki lüks evə 19,3 milyon dollar ödəyib.
1100 kvadratmetrlik ərazidə tikilən villanın 9 yataq və 11 hamam otağı, 5 qarajı, idman zalı, kinoteatrı, hovuzu, şərab anbarı, basketbol meydançası var.
Madonnanın yeni qonşuları Dreyk, Dueyn Ueyd, Qabriel Yunion, Lil Ueyn, Con Steymos, Lori Enn Loklin və Cenner ailəsinin üzvləridir.






Son xəbərlər
Son Xəbərlər