Madonna bayramı övladlıqları və sevgilisi ilə qeyd etdi - Video

madonna-bayrami-ovladliqlari-ve-sevgilisi-ile-qeyd-etdi
Oxunma sayı: 1849

63 yaşlı amerikalı ulduz Madonna övladlığa götürdüyü uşaqları – 16 yaşlı Devid Banda, 15 yaşlı Mersi Ceyms, 9 yaşlı Stella və Ester və 27 yaşlı rəqqas sevgilisi Ahlamalik Uilyamsla Hanuka bayramını qeyd edib. Müğənninin bioloji uşaqları – 25 yaşlı Lurdes və 21 yaşlı Rokko bayramda iştirak etməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib. Elf obrazına girən Madonna bayrama xas geyinmiş uşaqları və sevgilisi ilə şam ağacını oyuncaqlarla bəzəyib.

Yəhudiliyin Kabbala dini-mistik cərəyanına mənsub olan Madonna izləyicilərinə bildirib ki, bütün dinləri və dini ayinləri xoşbəxtlik gətirənə qədər qəbul etmək lazımdır.