Madonna bu dəfə ingilisləri məyus etdi

madonna-bu-defe-ingilisleri-meyus-etdi
Oxunma sayı: 1478

Dünyaca məşhur müğənni Madonna “Madame X” turu çərçivəsində baş tutacaq konsertlərini təxirə salmağa davam edir. 

“Qafqazinfo” xəbər verir ki, Boston (ard-arda 3 dəfə) və Lissabonda çıxışına 45 dəqiqə qalmış səhnəyə çıxmaqdan imtina edən sənətçi bu dəfə ingilis pərəstişkarlarını məyus edib.

61 yaşlı sənətçi Londondakı konsertini təxirə saldığını açıqlayıb və fanatlarından üzr istəyib: “27 yanvarda Londondakı konsertimi ləğv etməyə məcbur oldum. Kədərliyəm. Hamınız bilirsiz ki, konsert turumun ilk günlərində səhhətimdə problem yarandı. Daim bədənim dinlənməlidir. Səhhətimin qaydasına düşməyi əsas amil olmalıdır. Edəcəyim son şey fanatlarımı məyus etməkdir. Şoumu təhlükəyə atmaq istəmirəm. Biletləri geri qaytararaq pulunuzu götürə bilərsiz”.