Madonna dünya turnesinə başlayır

madonna-dunya-turnesine-baslayir
Oxunma sayı: 1755

Müasir pop musiqinin kraliçası Madonna “Celebration Tour” adlı dünya turnesinə çıxmağa hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, turne müğənninin sənət fəaliyyətinin 40 illiyinə həsr olunub.

“Dörd onillik? 40 ilin bütün mahnıları? Necə düşünürsünüz, insanlar bu şouya gələcək?”, - 64 yaşlı Madonna gözlənilən turnesinin videoanonsunda soruşur.

“Celebration Tour” çərçivəsində müğənni dünyanın 35 şəhərində çıxış edəcək. Turne iyulun 15-də Vankuverdə başlayacaq, dekabrın 1-də isə Amsterdamda bitəcək.

Azərbaycanın paxtaxtı şəhərlərin arasında yoxdur. Siyahıda, həmçinin MBD ölkələrinin şəhərləri yer almayıb.