Madonna koronavirusa yoluxduğunu açıqladı

madonna-koronavirusa-yoluxdugunu-aciqladi
Oxunma sayı: 2219

Dünyaca məşhur müğənni Madonna koronavirus pandemiyasına yoluxduğunu açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə pop ulduz instaqram səhifəsində məlumat verib.

61 yaşlı sənətçi test verdiyini, araşdırma zamanı onda anticisimlərin tapıldığını qeyd edib. Madonna xəbərsiz şəkildə virusa yoluxub daha sonra sağaldığını bildirib:

“Bu günlərdə test verdim. Öyrəndim ki, məndə anticisimlər var. Belə ki, sabah mən maşınla səyahətə hazırlaşıram və mən pəncərəni açacam, təhlükəli bir virusun düşə biləcəyi hava ilə nəfəs almaqdan qorxmuram”.