Madonna “Qalatasaray”lı oldu

madonna-qalatasarayli-oldu-
Oxunma sayı: 658

“Qafqazinfo”nun verdiyi məlumata görə, konsert “Türk Telekom Arena”da keçiriləcək.
53 yaşlı sənətçi “Qalatasaray”ın stadionunda baş tutacaq konsertə “Qalatasaray” forması ilə çıxacaq. Artıq biletlərin böyük əksəriyyətinin satıldığı bildirilir. Futbol matçlarında 52652 azarkeşi qəbul edə bilən “Türk Telekom Arena” konsert zamanı 70000 nəfəri ağuşuna alır.

Dünyanın 30 ölkəsində canlı yayımlanacaq konserti təxminən 1 milyard insanın izləyəcəyi güman edilir.

Qeyd edək ki, “Qalatasaray” azarkeşləri ötən ilin sentyabrında “Türk Telekom Arena”da “Los Ancels Leykers”in tanınmış basketbolçusu Kobi Brayantı qəbul etmişdi.

Ceyhun Əhmədov