Madonnadan tənqidlərə cavab - “Bədənini göstərməsinə...”

madonnadan-tenqidlere-cavab
Oxunma sayı: 3020

57 yaşlı pop ulduz Madonnanın “MET Gala” gecəsində geyindiyi paltar müzakirə mövzusuna çevirilib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müğənni sosial şəbəkədə geyimini tənqid edənlərə cavab verib.

Madonna geyimini “siyasi bir duruş” adlandırıb, onu bəyənməyənlərə ayrı-seçkilik edən və cinsiyyətçi olmaqda günahlandırıb:

“Dünyada insan və homoseksual hüquqları mövzusunda mübarizə apardıq və aparmağa davam edirik. Ancaq iş qadın hüquqlarına gəldiyi zaman hələ də, qaranlıq çağlardayıq. “MET Gala” gecəsində geydiyim paltar moda duruşu olduğu qədər də siyasi bir duruşdur. Bir qadının müəyyən bir yaşda macəraçı olmasını gözləmək, bədənini göstərməsinə icazə verməmək bizim hələ cinsiyyətçi və yaşlı olan qadınlara qarşı ayrı-seçkilik etdiyimizin bir göstəricisidir”.