Madonnanın konserti təxirə düşdü

madonnanin-konserti-texire-dusdu
Oxunma sayı: 703

Amerikalı müğənni Madonna oktyabrın 8-də Nyu-York baş tutmalı olan “Madame X” konsertini təxirə salıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “NME” yazıb.

Konsertin ertələnməsinin səbəbi müğənninin ayağını zədələməsi olub. Həkimlərlər məsləhətləşən artist vaxtını reablitasiyaya sərf etmək qərarına gəlib.

Bununla belə, Madonna oktyabrın 10-u və 12-də baş tutmalı olan konsertlərini təxirə salmayıb.