Pop ulduz Madonnanın 2006-cı ildə övladlığa götürdüyü oğlu David atasının yanına köçüb.
“Qafqazinfo” The Mirror-a istinadən xəbər verir ki, David Bandanın atası Yohane Banda oğlunun Madonnanın yanında qalmağını istəməyib.
Ata Banda Madonnanın keçmiş həyat yoldaşı Ritchie ilə yaşadığı qalmaqala toxunub.
Yohane bildirib ki, Madonna oğlu Rokkonu geri qaytarmaq üçün məhkəməyə müraciət etməsi onu qorxudub:
“Cütlük arasında qalmqal məni narahat etdi. Bağlı qapılar arxasında nələr yaşandığını bilmək istəyirəm. Rokko niyə anasının yanında qalmaq istəmir? Oğlum Davidlə Rokko çox yaxın idilər. Birlikdə çox əylənirdilər. İndi isə qardaşların biri Nyu-Yorkda, digəri isə Londonda yaşayır. Madonnanın həyat tərzi çox pisdir. Gənc kişilərlə əylənməsi bizim təbiətimizə uyğun gəlmir. Övladıma belə şeylər çox təsir edir, bunu qəbul edə bilmərəm”.

Xatırladaq ki, dörd uşaq anası olan Madonna və Ritchie 2000-ci ildə evlənib, 2008-ci ildə isə boşanıblar. Oğulları Rokko keçdiyimiz dekabr ayından etibarən atası Ritchie və onun yeni evləndiyi ögey anası model Jacqui Ainsley ilə birlikdə Londonda yaşayır.
Müğənni isə məhkəməyə müraciət edərək oğlunu Londondan, atasının yanından Nyu-Yorka öz yanına qaytarmaq niyyətindədir.



Son xəbərlər
Son Xəbərlər