“Mado”nun qurucusunun evi dağılmasa da, konteynerdə qalır - Foto

madonun-qurucusunun-evi-dagilmasa-da-konteynerde-qalir
Oxunma sayı: 5583

Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən dağıdıcı zəlzələlərdən sonra evlərini itirən minlərlə insan çadır və konteynerlərdə yaşayır.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, əsası Kahramanmaraşda qurulan məşhur restoranlar şəbəkəsi “Mado”nun qurucularından biri Mehmet Kanbur da iki otaqlı konteynerdə qalır.

Kanbur bu qədim şəhəri tərk edə bilməyəciyini bildirib: “O gün düşündüm ki, bu, zəlzələ deyil, qiyamətdir. 3000-ə yaxın işçim var, 60-ı öldü. Bu gün millət, dövlət olaraq birlikdə olmalıyıq. Bu qədim şəhərdən, Maraşdan necə ayrılım? Evimə ziyan dəyməyib, amma mən gedib evdə otura bilmirəm. Əməkdaşlarımla eyni mühitdə, konteynerdə yaşayıram”.

Qeyd edək ki, “Mado” Türkiyədə və dünyanın bir çox ölkəsində 300-ə yaxın satış nöqtəsi olan türk dondurma və şirniyyat markasıdır. Brend öz adını şirkətin qurulduğu şəhərin köhnə adı “Maraş” və “dondurma” sözlərindən alıb.  1850-ci ildə Yaşar Kanbur tərəfindən  “Yaşar Pastanesi” adı ilə təsis edilən dondurma mağazası, “Mado” adı ilə Kanburun üç oğlu (Mehmet, Atilla və Erdal) tərəfindən 1991-ci ildən sonra şəbəkəyə çevrilib.