Madrid derbisini “Atletiko” qazandı - “Real” kubokla vidalaşdı

madrid-derbisini-atletiko-qazandi
Oxunma sayı: 3234

İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, “Atletiko” doğma meydanda “Real”ı qəbul edib. Madrid derbisinin əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatıb.

Əlavə vaxtda daha iki dəfə fərqlənən Dieqo Simeonenin yetirmələri növbəti raunda yüksəlib.

“Atletiko” – “Real” 4:2
Qollar: Lino, 39, Morata, 57, Qrizmann, 100, Rikelme, 119 - Oblak, 45+1 (avtoqol), Xoselu, 82