Madrid klubunun 4 azarkeşi qəzada öldü

madrid-klubunun-4-azarkesi-qezada-oldu
Oxunma sayı: 706

Madridin "Atletiko" klubunun azarkeşləri avtomobil qəzasına düşüb. “Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 4 azarkeş dünyasını dəyişib.

Klubun rəsmi saytında yer alan xəbərə görə, hadisə Torre-Paçeko şəhərində baş verib. İki avtomobilin toqquşması nəticəsində 5 nəfər dünyasını dəyişib ki, onlardan 4-ü Madrid klubunun azarkeşləri olub.

Qeyd edək ki, bu hadisəyə görə bu gün İspaniya kuboku çərçivəsində keçiriləcək "Barselona" - "Atletiko" 1 dəqiqəlik sükutla başlayacaq. Artıq məsələ ilə bağlı klublar arasında danışıqlara start verilib.