“Qafqazinfo” xəbər verir ki, “Atletiko”Madridi qəbul edən “Real”Madrid 3-0 hesabı ilə qalib gəlib. İlk oyundaca bu cür inamlı qalibiyyət “Real”ı “Copa Del Rey”in finalına daha da yaxın edib. Bu cütlüyün cavab oyunu fevralın 11-də “Atletiko”nun “Visente Kalderon” stadionunda olacaq.
“Real”ın ilk qolu müdafiənin dəyişməz adlarından olan Pepedən gəlib. Daha sonra öz performans keyfiyyətini hər keçən oyun daha da artıran Xese ikinci qolun müəllifi olub. Di Maria isə Madrid derbisində yekun hesabı müəyyənləşdirən 3-cü qolu vurub.
İqbal
Son xəbərlər
Son Xəbərlər