Madriddə dramatik matç - Video

madridde-dramatik-matc
Oxunma sayı: 4167

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gəlib.

“Qafqazinfo”nun məlumatına görə, bu, Madriddə keçirilən dramatik qarşılaşmadan sonra müəyyənləşib.

İspaniya “Real”ı doğma azarkeşləri önündə “Mançester Siti”ni məğlub edərək bu xoşbəxtliyə nail olub.

Qeyd edək ki, komandalar arasında Mançesterdə keçirilmiş ilk oyunda İngiltərə klubu 4:3 hesablı qələbə qazanmışdı. Bu oyunda da hesabı açan tərəf “şəhərlilər” olub. Amma Madrid təmsilçisi böyük əzmkarlıq göstərərək sonda 3:1 hesablı qələbə sayəsində finala yüksəlib.

“Real” finalda İngiltərənin “Liverpul” komandası ilə üz-üzə gələcək. Həlledici matç mayın 28-də Parisdə keçiriləcək.