İspaniyanın paytaxtı Madrid şəhərinin mərkəzində yerləşən binaların birində güclü partlayış olub.
“Qafqazinfo” bildirir ki, bu barədə “Diario” qəzeti xəbər verib.
Nəşr partlayışın səbəbini, xəsarət alanların olub-olmadığını dəqiqləşdirməyib.
***
Hadisə nəticəsində bir neçə nəfər həlak olub.
Bu barədə “TeleMadrid” telekanalı polisdəki mənbələrinə istinadən xəbər verib.
***
Güclü partlayış nəticəsində 11 nəfər yaralanıb, 3 nəfər həlak olub.
Bu barədə məlumat şəhərin Fövqəladə Hallar Nazirliyinin rəsmi tvitter səhifəsində verilib.


Son xəbərlər
Son Xəbərlər