Maduro bu ölkə ilə diplomatik əlaqələri kəsdi - “Xeyli dözdüm...”

maduro-bu-olke-ile-diplomatik-elaqeleri-kesdi
Oxunma sayı: 3740

Venesuela prezidenti Nikolas Maduro ölkənin Kolumbiya ilə diplomatik və siyasi əlaqələri kəsdiyini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, Maduro Kolumbiya dövlət başçısı İvan Dukeni isə “iblis” adlandırıb:

“Mən bizim aramızda yaşayan Kolumbiya xalqına görə xeyli dözdüm...Kolumbiya ilə bütün diplomatik və siyasi əlaqələri pozmaq qərarı qəbul etdim”.

Qeyd edək ki, Maduro bu gün Karakasda küçələrə çıxan çoxsaylı tərəfdarlarının qarşısında çıxış edib. O, Braziliya və Kolumbiya ilə sərhəddə baş verənlərin fonunda ölkəni idarə etdiyini və edəcəyini bəyan edib.