Maduro bu şərtlə istefa verməyə hazırdı

maduro-bu-sertle-istefa-vermeye-hazirdi
Oxunma sayı: 2503

Venesuela Prezidenti Nikolas Maduro dekabrın 6-da keçiriləcək parlament seçkilərində müxalifət nümayəndələrinin qələbə qazanacağı təqdirdə istefa verməyə hazırdır. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.

“Müxalifət qalib gəlsə, mən prezident postundan gedəcəyəm”, - deyə Maduro Karakasdakı çıxışı zamanı deyib. Bolivar Respublikasının Prezidenti onun taleyinin venesuelalıların əlində olduğunu əlavə edib.

Qeyd edək ki, Venesuelada siyasi vəziyyət ötən ilin yanvarın 23-də kəskinləşib. Parlamentin spikeri postuna təyinatının Ali Məhkəmə tərəfindən ləğv edilmiş Xuan Quaydo özünü ölkə prezidentinin vəzifələrinin icraçısı elan edib. Müvəqqəti dövlət başçısı ABŞ, Lima qrupu ölkələri (Meksika istisna olmaqla), Amerika Dövlətləri Təşkilatı və Avropa İttifaqının əksər üzvləri tərəfindən tanınıb. Maduro baş verənləri çevriliş cəhdi adlandırıb və ABŞ-la diplomatik münasibətləri kəsdiyini bildirib. Rusiya, Belarus, İran, Çin, Kuba, Nikaraqua, Suriya və Türkiyə ona dəstəyini ifadə edib.