Maduro canlı yayımda telefon nömrəsini açıqladı

maduro-canli-yayimda-telefon-nomresini-aciqladi
Oxunma sayı: 1335

Venesuela lideri Nikolas Maduro “Venesuela və xalqımızla bağlı həqiqətlər uğrunda mübarizəyə qoşuluram” deyərək telefon nömrəsini paylaşıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Maduro telefon nömrəsini tvitter hesabında canlı yayım zamanı açıqlayıb.

Minlərlə insanı heyrətə gətirən Maduro videomesajında ​​“Venesuela, 04262168871 nömrəsi ilə votsap və teleqramdakı fikir savaşına qoşuluram. Məni bütün qruplarınıza əlavə edin və gəlin Venesuela gerçəyini qorumaq üçün birlikdə mübarizə aparaq”,-deyə qeyd edib.

Maduronun paylaşdığı nömrəyə Prezidentin öz şəklinin yerləşdirildiyi, votsap və teleqram profillərindəki məlumat bölməsində “Venesuela Prezidenti' sözlərinin qeyd olunduğu bildirilib.

Nömrəsini bölüşən Maduro daha sonra rəsmi teleqram kanalında ona göndərilən mesajların videosunu paylaşıb.