Maduro həmkarına od püskürdü - “Mələk üzlü şeytan”

maduro-hemkarina-od-puskurdu
Oxunma sayı: 1256

Venesuela prezidenti Nikolas Maduro kolumbiyalı həmkarı İvan Dukeni “mələk simalı şeytan” adlandırıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Maduro mətbuat konfransı zamanı bunları deyib:

“O, mələk simalı şeytandır. Bu şeytan bütün Venesuelaya qarşı çıxır. Çünki Kolumbiya oliqarxiyası Venesuela xalqına nifrət edir”. 

Maduro 4 avqustda ona qarşı sui-qəsd cəhdində Kolumbiyanı ititham edərək nitqini yekunlaşdırıb: “Biz Kolumbiya hökumətindən günahkarların tutulmasını istədik. Amma cavab vermədilər. Onların əxlaqı yoxdur”.