Maduro neft şirkətinin ofisini Moskvaya köçürür

maduro-neft-sirketinin-ofisini-moskvaya-kocurur
Oxunma sayı: 692

Venesuela prezidenti Nikolas Maduro “PDVSA” neft şirkətinin ofisinin Lissabondan Moskvaya köçürülməsinə dair təlimat verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Venesuelanın vitse-prezidenti Delsi Rodriqes Rusiya XİN rəhbəri Sergey Lavrovla ortaq mətbuat konfransında bildirib. 

Qeyd edək ki, rəsmi Vaşinqton bu ilin yanvarında “PDVSA”ya qarşı sanksiya tətbiq edib.