“Maduro öldürülə bilər” - Morales

maduro-oldurule-biler
Oxunma sayı: 1552

Boliviya prezidenti Evo Morales Venesuela prezidenti Nikolas Maduronun həyatına təhlükə olduğunu bildirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Morales bu qənaətə amerikalı siyasətçilərin sözlərindən sonra gəldiyini bildirib:

“Uğursuzluğa düçar olduqdan sonra Pompeo (dövlət katibi Mayk Pompeo) nə dedi? “Maduronun sayılı günləri qalıb” söylədi. Ötən gün isə amerikalı senator Mark Rubio deyib: “Maduro ölməlidir”. Maduroya nəsə olsa, cavabdeh ABŞ, Pompeo və Rubiodur”.