Maduro ölkədə sülh əldə olunduğunu bəyan etdi

maduro-olkede-sulh-elde-olundugunu-beyan-etdi
Oxunma sayı: 1359

Venesuela prezidenti Nikolas Maduro ölkədə sülhün əldə olunduğunu bəyan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Tvitter hesabında yazıb. Maduro bildirib ki, aprelin 1-dən fəhlə sinfinin marşını izləyib və bütün insanların xoşbəxt olduğunu görüb:

“Şübhəsiz, biz xalqımızın üstünlüyü və şüurluluğu sayəsində qalib gəldik”.