Maduro onlarla hərbçini ordudan uzaqlaşdırdı

maduro-onlarla-herbcini-ordudan-uzaqlasdirdi
Oxunma sayı: 1271

Venesuela prezidenti Nikolas Maduro dövlət çevrilişinə cəhd etdikləri üçün onlarla hərbçini Silahlı Qüvvələrin sıralarından uzaqlaşdırıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, prezidentin qərarı ilə yüksək səlahiyyətli hərbçilər də ordudan kənarlaşdırılıb.

Onların arasında SEBİN kəşfiyyat xidmətinin divizion generalı Manuel Fiqera, Milli Qvardiyanın polkovnik-leytenantı İliç Sançes, 4 mayor, 4 polkovnik-leytenant, 4 kapitan, 6 leytenant və 35 çavuş var.