Maduro Quaidonu həbslə hədələdi

maduro-quaidonu-hebsle-hedeledi
Oxunma sayı: 1057

Venesuela prezidenti Nikolas Maduro hakimiyyətin başına keçmək istəyən müxalifət lideri Xuan Quaidonun həbs oluna biləcəyini açıqlayıb.

“Qafqazinfo”nun Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Maduro parlamentin spikerinin həbsinə Ali Məhkəmənin qərar verəcəyini qeyd edib.

“O, faktiki olaraq hakimiyyəti idarə etməyə davam edəcək?! Nə vaxta qədər? 2025-ci ilə qədər? Yoxsa, həbs olunmaq istəyir?”, - deyə prezident söyləyib.