Maduro seçkilərlə bağlı qərarını açıqladı

maduro-seckilerle-bagli-qerarini-aciqladi
Oxunma sayı: 1669

Venesuela prezidenti Nikolas Maduro yenidən prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarını açıqlayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Maduro yeni referenduma ehtiyac olmadığını bildirib:

“Venesuela xalqı üçün iqtisadiyyatın, sülh və konstitusion stabilliyin bərpası önəmlidir. Bunun üçün isə Milli Məclisi yenidən seçmək lazımdır”.

Maduro deyib ki, onun fikrincə, əslində müxalifət özü də hər hansı seçkinin keçirilməsini istəmir:

“Əgər biz desək ki, 30 gün sonra seçki olacaq, onlar seçkiyə getməmək üçün səbəblər düşünməyə başlayacaqlar”.