Madurodan ölkədən qaçmağa çalışması ilə bağlı iddiaya reaksiya

madurodan-olkeden-qacmaga-calismasi-ile-bagli-iddiaya-reaksiya
Oxunma sayı: 1126

“ABŞ tarixində indiki kimi ağılsız hökumət olmayıb...Bolton, Pens, Pompeo- bunlar nə qədər kinlidir?! Yalan danışmaq üçün hansı səviyyədə olmalısan?! Mayk Pompeo ötən gün dedi ki, mən təyyarə ilə qaçmaq istəmişəm, lakin ruslar mənə ölkəni tərk etməyə qadağa qoyublar. Cənab Pompeo, bu necə də qeyri-ciddidir...”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro onu ölkədən qaçmağa hazırlaşmaqda ittiham edən ABŞ dövlət katibi Mayk Pompeoya cavabında bildirib.

“Mən sizin vətəndaşınızam, bu ölkəni formalaşdıran şəxslərdən biriyəm. Və bütün bu 6 il ərzində bütün həyatımı Çavezə həsr etmişəm”, - deyə Maduro televiziya vasitəsilə xalqa müraciətində söyləyib. 

Qeyd edək ki, aprelin 30-dan Venesuelada müxalifət lideri Xuan Quaydonun rəhbərliyi ilə etiraz aksiyaları başlayıb. Bəzi hərbçilər də nümayişlərə qoşulub.