Maduronun seçkilərdəki qələbəsi təsdiqləndi

maduronun-seckilerdeki-qelebesi-tesdiqlendi
Oxunma sayı: 1247

Venesuelanın Ali Məhkəməsi hazırkı dövlət başçısı Nikolas Maduronun prezident seçkilərində qalib gəlməsini təsdiqləyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məhkəmənin sədri Karisliya Rodriqes bildirib.

“Seçki materiallarının tədqiqi Milli Seçki Şurasının 2024-cü il iyulun 28-də elan etdiyi prezident seçkilərinin nəticələrini təsdiq edir”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ və Avropa İttifaqının qanunvericiləri birgə bəyanat yayaraq, Nikolas Maduronu son seçkilərdən sonra dövlət başçısı səlahiyyətlərindən könüllü olaraq imtina etmədiyi təqdirdə məsuliyyətlə hədələmişdilər.