Maduronun yüksək vəzifəli məmurları Türkiyəyə qaçıb - Quaydo açıqladı

maduronun-yuksek-vezifeli-memurlari-turkiyeye-qacib
Oxunma sayı: 2405

Venesuela müxalifətinin lideri Xuan Quaydo prezident Nikolas Maduro administrasiyası məmurlarının bir hissəsinin ölkəni tərk edərək Türkiyəyə qaçdıqlarını bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Quaydo özünün Tvitter hesabında yazıb:

“Əsgərlər hələ bilmirlər ki, hər kəsi mühakimə edən yüksək vəzifəli məmurları artıq Türkiyəyə yola düşüblər”. 

Quaydo yenidən Venesuelanın Silahlı Qüvvələrini müxalifəti dəstəkləməyə və düzgün tarixi seçim etməyə çağırıb. 

Qeyd edək ki, daha əvvəl Maduroya bağlı Milli Qvardiyanın dörd əsgəri Kolumbiya sərhədinə müvəqqəti yerləşdirilən zirehli maşın baryerini aşaraq qonşu ölkəyə qaçıb. Lakin Quaydo onları fərari hesab etməkdən imtina edib.