ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Venesuela prezidenti Nikolas Maduroya dəstək göstərən maliyyə təşkilatlarına qarşı sanksiyalar tətbiq edəcəklərini bəyan edib.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, Boltonun bəyanatında deyilir:
“ABŞ xarici maliyyə institutlarına xəbərdarlıq edir ki, Maduro və onun korlanmış əhatəsinin mənfəəti üçün qeyri-leqal yollarla kömək edənlər sanksiya ilə üzləşəcək. Biz Maduroya Venesuela xalqının sərvətini oğurlamağa icazə verməyəcəyik”.
Son xəbərlər
Son Xəbərlər