Maestro Bülbülün 119 illiyi qeyd edildi - Fotolar

maestro-bulbulun-119-illiyi-qeyd-edildi
Oxunma sayı: 892

Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor, ictimai xadim Bülbülün anadan olmasının 119-cu ildönümü ilə bağlı Bülbülün Memorial Muzeyində tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbir iştirakçılarını salamlayan muzeyin direktoru Fərqanə Cabbarova dahi Bülbülün Azərbaycan musiqisinin inkişafındakı xidmətlərini qeyd edib.

Muzeyin direktoru dahi Bülbülün xatirəsinin əbədiləşdirilməsində, muzeyin yaradılmasında onun xanımı və zəngin irsinin əvəzsiz tədqiqatçısı, uzun illər muzeyə rəhbərlik etmiş Adelaida Məmmədovanın fədakar xidmətlərindən bəhs edib.

Tədbirdə Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Sevda İbrahimova, M.S.Ordubadinin xatirə muzeyinin elmi işçisi İradə Vəliyeva, "Aytam" Uşaqların Mədəni Maarifləndirməsi İctimai Birliyinin sədri Aygün Zamanlı çıxış ediblər.