Yanvar ayının 25-də Heydər Əliyev Sarayında dünyaca məşhur italyan bəstəkarı Ennio Morrikonenin konserti keçirildi. Konsert “BUTA” İncəsənət Mərkəzi tərəfindən, Fireland Vineyards və NAR Mobile mobil operatorunun sponsorluğu ilə, o cümlədən, Mədəniyyət və Turizm Nazirliyinin və İtaliyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə təşkil olunub.
“Oskar” mükafatı laureatı və dəfələrlə namizəd, “Qızıl Qlobus” və “Qızı Şir” mükafatının laureatı, Venesiya Film Festivalının qalibi Maestro Ennio Morrikone Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Xor Kapellası ilə birlikdə Azərbaycan tamaşaçısı qarşısında çıxış edərək, “Bir zamanlar Amerikada”, “Yaxşı, pis və qəddar”, “Bir dəfə vəhşi Qərbdə”, “Malena”, və s. kimi sevilən və dünya kinomotoqrafiyasının şedevrlərinə çevrilmişlər filmlərdən musiqiləri səsləndirib. Dünyanın ən tanınmış bəstəkarlarından olan Ennio Morrikone müxtəlif ölkələrdə çəkilmiş 400-dən çox film və teleseriallar üçün musiqi bəstələmiş, həm məşhur kino saundtrekləri, həm də kamera-instrumental musiqi janrında yaratdığı möhtəşəm əsərlərlə beynəlxalq ictimaiyyətin rəğbətini qazanıb. Nar Mobile hər zaman olduğu kimi, bu dəfə də, dünya mədəniyyət irsinin təbliğinə və dahi sənətkarların milli auditoriyaya daha yaxından tanıdılmasına yönələn daha bir layihənin icrasına öz tövhəsini verib.
Son xəbərlər
Son Xəbərlər