İtaliya dövlət televiziyası “Rai 1”də yayımlanan “Porta a Porta” verilişində ölkənin ən məşhur mafiya başçılarından olan Salvador Riinanın oğlu Cüzeppe Riinanın qonaq olması böyük səs-küyə səbəb olub.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, Cüzeppe verilişdə atası ilə əlaqəsindən, ailə həyatından və mafiya tədbirlərindən bəhs edən “Riina ailəsinin həyatı” adlı kitabından danışıb.
Bir çox şəxsin ölümündə təqsirli bilinən Salvador Riinanın oğlunun dövlət televiziyasında çıxış etməsi siyasət dünyasından mafiya qurbanlarının yaxınlarına və sosial şəbəkə istifadəçilərinə qədər hər kəsi narahat edib.
Verilişin aparıcısı Bruno Vespa isə“Mafiya qruplarına qarşı mübarizə aparmaq üçün onu tanımalıyıq” deyərək özünü müdafiə edib.
Qeyd edək ki, S. Riina 1993-cü ildə ömürlük həbs həyatına məhkum olunub. Onun 4 uşağından biri olan Cüzeppe isə mafiya ilə əlaqəsinə görə 2000-ci ildə 8 il azadlıqdan məhrum olunub, 2008-ci ildə sərbəst buraxılıb.

Son xəbərlər
Son Xəbərlər