Mağaza oğruları tutuldu

magaza-ogrulari-tutuldu
Oxunma sayı: 1103

Salyan şəhəri ərazisindəki mağazalardan oğurlayanlar tutulub. 

“Qafqazinfo” xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avqustun 24-də şəhər ərazisindəki mağazaların birindən  65 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakinləri K.Məmmədova, əvvəllər məhkum olunmuşlar Ə.Cəfərov və R.Eyvazov saxlanılıb.

R.Eyvazovun və K.Məmmədovanın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların avqustun 25-də şəhər ərazisindəki daha bir mağazadan 625 manat pul oğurlamaları da müəyyən edilib.