Mağaza yandı

magaza-yandi-
Oxunma sayı: 859


“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Balakən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 121 kv.m olan mağazanın dam örtüyünün yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.