Nigeriyanın Madaqali şəhərində terror aktı baş verib.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, 4 kamikadze şəhərdəki mağazalardan birində izdihamın çoxluq təşkil etdiyi zaman özlərini partladıb.
Terakt nəticəsində azı 15 nəfər həlak olub.
Polis teror aktının təşkilatçıları və törədənlərin kimliyini hələ ki, müəyyənləşdirməyib.
Qeyd edək ki, Nigeriyada ən böyük terror qruplaşmalarından biri “Bako Haram” hesab olunur.
Son xəbərlər
Son Xəbərlər