Mağazada saxta pul verdi, tutuldu

magazada-saxta-pul-verdi-tutuldu
Oxunma sayı: 1275


DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 2-də Bakı şəhər sakini Hüseyn Onullahiyə məxsus mağazada, paytaxt sakini Əli Cəfərovun alış-veriş etdikdən sonra verdiyi 20 manatlıq əsginasın saxta olması müəyyən edilib.

Ə.Cəfərovun üzərinə baxış zamanı 3 ədəd saxta 20 manatlıq əsginas da aşkar edilərək götürülüb.

Murad Əhməd