Mağazadan 200 manatlıq siqaret oğurladı

magazadan-200-manatliq-siqaret-ogurladi
Oxunma sayı: 987


“Qafqazinfo” xəbər verir ki, Şirvan polis şöbəsindən APA-ya verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri çərçivəsində məlum olub ki, Şirvan sakini, 1993-cü il təvəllüdlü Quluzudə Nurlan Bəhrəm oğlu mağazanın şüşəsini sındıraraq içəri daxil olub.

Mağazadan  200 manat məbləğində siqaret və digər ərzaq məhsulları oğurlayan N. Quluzadə polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.