Mağazadan oğurluq edən qadınlar kameraya düşdü

magazadan-ogurluq-eden-qadinlar-kameraya-dusdu-
Oxunma sayı: 1432


Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, Şağan qəsəbəsində Rauf Qasımovun mağazasından ərzaq məhsulları oğurlayan qadınlar kamera görüntüsünə düşüb. Şağan qəsəbə sakinləri 1963-cü il təvəllüdlü Janna Nikolayevna Məmmədova və 1969-cu il təvəllüdlü Məhəbbət Mirzə qızı Məmmədova aprelin 17-də təkrar mağazadan oğurluq edərkən polis əməkdaşları tərəfindən saxlanılıb. 

Murad Əhməd