Mağazasını açmaq istəyərkən öldü

magazasini-acmaq-isteyerken-oldu
Oxunma sayı: 3080

Mingəçevirdə mağaza sahibi obyekti açmaq istəyərkən ölüb.

"Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Günəşli küçəsində baş verib.

Mingəçevir şəhər sakini, 1967-ci il təvəllüdlü Məmmədov Əli Möhibbət oğlu mağazasının önündə ölü tapılıb.

Məlum olub ki, hadisə Əli Məmmədovun səhər erkən saatlarda mağazanın qapısını açmaq istədiyi zaman baş verib.

O, qəfil müvazinətini itirərək yıxılıb və keçinib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Amin Nəzərli