Mağazaya virtual səyahət edin

magazaya-virtual-seyahet-edin
Oxunma sayı: 643

Bu dəfə İdeal Dizayn Sizləri öz mağazalarına virtual səyahətə dəvət edir. Azərbaycanda ən böyük ofis mebeli mağazası şəbəkəsinə sahib olan İdeal Dizayn Həsən Əliyev küçəsi 12 ünvanında yerləşən mağazasını 3 D görüntü ilə öz müştərilərinə təqdim edir. Bunun üçün www.idealdizayn.az saytının ana səhifəsində yerləşdirilən “Virtual gəzinti” linkinə daxil olmaq lazımdır.
Proqramda salonun hər 3 mərtəbəsi öz əksini tapmışdır. Siz virtual şəkildə salona daxil olmaqla, bütün mərtəbələri gəzərək orada yerləşdirilən məhsullarla və onların qiymətləri ilə tanış ola bilərsiniz. Virtual gəzinti müştəriyə imkan verir ki, vaxtını səmərəli şəkildə istifadə edərək, mağazaya getməzdən öncə ordakı mebellər və onların qiymətləri haqqında qiyabi təsəvvür formalaşdırsın və artıq mağazaya gəldikdə öz seçimini əyani şəkildə, düşünməyə vaxt sərf etmədən reallaşdıra bilsin.
Xatırlatmaq istəyirik ki, ofis mebeli mağazalarında bu yeniliyi ilk dəfə olaraq İdeal Dizayn tətbiq edir. Yarandığı 2000-ci ildən bəri öz ənənəsinə sadiq qalaraq, İdeal Dizayn ofis mebeli bazarındakı yenilikləri daim izləyir və “daimi tərəfdaş” gözü ilə baxdığı müştəriləri bu yeniliklərdən bəhrələndirir. Missiyamız dünyadakı texnoloji yenilikləri izləyərək, tərəfdaşlıq çərçivəsində bütün hədəf müştərilərimizə tam konseptual həllər verib onların bizneslərinə dəstək verməkdir.