Magistr olmaq istəyənlərin nəzərinə

magistr-olmaq-isteyenlerin-nezerine
Oxunma sayı: 1758

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edir.

“Qafqazinfo” xəbər verir ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2019-cu il fevralın 1-dən 11-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. 

Əlavə məlumatı bu linkdən ala bilərsiz.