Magistral yolda avtomobil piyadanı vurub öldürdü

magistral-yolda-avtomobil-piyadani-vurub-oldurdu
Oxunma sayı: 2540

Goranboyda piydanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən  Gəncə şəhər sakini 1947-ci il təvəllüdlü Mirzə Kazımovu vurub. Piyada hadisə yerində ölüb. 

Məlumata görə, hadisəni törədən sürücü ərazidən qaçıb. 

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli