Ələt-Astara magistral yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, magistralın 137-ci kilometrliyində, Cəlilabad rayonu ərazisində "VAZ" markalı 3 avtomobil toqquşub. Nəticədə 68 və 26 yaşlı iki kişi və 60 yaşlı qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər