Magistraldakı yeni yol ötürücüləri- - Sürücülərin ixtiyarında

magistraldaki-yeni-yol-oturuculeri-
Oxunma sayı: 1544


“Qafqazinfo”nun “Azəryolservis”ə istinadən məlumatına görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu km-də yeni yolötürücülərin inşası artıq yekunlaşıb: 

“Bu gün axşam saatlarından yolötürücülər sürücülərin ixtiyarına verilib. Ötən il Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9 km hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində göstərilən yolun 9-cu km-də yerləşən mövcud yolötürücülər sökülərək yerində müasir tipli yolötürücülərin inşasına başlanılmışdı. Sovet döründə inşa olunan yolötürücülərdən fərqli olaraq 410 metr uzunluğundakı yeni tikilən müasir yolötürücülər 4 aşırımdan ibarətdir”.

Həmçinin qeyd olunub ki, sonuncu aşırımın alt hissəsindən əks tərəfə keçidi təmin edən yeni yol hissəsi də inşa edilir. Bu yolun da aprel ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır.